Bananın qabığını 10 dəqiqə qaynadıb için

Banan tox tutmaq üçün istifadə edilən qidalandırıcı meyvədir. Mütəxəssislər deyir ki, meyvənin qabığı arıqlamaq istəyənlər üçün faydalıdır.

Metbuat.az xəbər verir ki, həkim Əndər Saraç banan qabığının sürətlə çəki atmağa yardımçı olduğunu deyib. Bananın özü qədər qabığı da faydalıdır. Qabığında meyvəsindən çox lif və kalium var. Həkim Əndər Saraç qabığın arıqlamaqla yanaşı xoşbəxtlik hormonu ifraz etdiyini bildirib.

Əndər Saraçın banan qabığı ilə arıqlamağa yardımçı olan reseptləri:

Bananı qabığı ilə bərabər 10 dəqiqə qaynadın. Süzün və suyun içərisinə bal, darçın əlavə edib gecə yatmazdan əvvəl istehak edin. Yağların sürətlə yanmasına yardımçı olacaq.

Yaşıl bananı 15 dəqiqə qaynadın. Acqarına suyunu və meyvəsini yeyin. Bu qarışıqları mütəmadi olaraq tətbiq etməklə qısa müddətə çəki ata biləcəksiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Səmizotu bir çox xəstəliyin dərmanıdır - FAYDALARI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR