"Əgər toyun ortasında içkili kişi mənə yaxınlaşıb..."

"Əgər toyun ortasında içkili kişi mənə yaxınlaşıb..."
18:12 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Emma Ələkbərzadənin toya getmək üçün bəzi şərtləri var
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, toy biznesindən danışan sənətçi hər məclisə getmədiyini deyib:

"Səmimi, mülayim görünürəm, amma əslində, çox kobud insanam. Toya nadir hallarda gedirəm. İlk növbədə, qonaqların mədəniyyətinə fikir verirəm. Əvvəlcədən şərt kəsirəm: mən oxuyanda heç kim gəlib mahnı sifariş etməsin. Mən aparıcı yox, ifaçıyam. Əgər toyun ortasında içkili kişi mənə yaxınlaşıb nəsə deyərsə, verdikləri pula tüpürüb, mikrofonu atıb gedərəm. Bir də toy danışığında endirim istəyənlərdən xoşum gəlmir.

Baxırsan, 200 minlik maşını var, mənimlə qəpik söhbəti edir. O insanın toyunda heç vaxt oxumuram, imtina edirəm. Məncə, bütün müğənnilər belə etməlidir, özlərinə hörmət qoymalıdırlar. Bəzən elə bəy-gəlin olur ki, onlar məni sevir, imkanları çatmır, onlara endirim də edərəm, pulsuz da oxuyaram. Toyu axıradək aparmıram. Yarım, ən çox bir saat ifa edirəm. Bəzən qonaqlar xoşuma gəlir, danışdığım vaxtdan artıq oxuyuram, onun pulunu almıram".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR