Play Store

“Narkomaniyaya qarşı mübarizə” - Tədbir keçirildi

Gənclər üçün Təhsil Mərkəzinin Aran Regional Ofisi “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsi çərçivəsində Şirvan şəhərində “Hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərinin göstərilməsi” mövzusunda konfrans keçirib.  

Metbuat.az bildirir ki, UNİCEF-in Azərbaycandakı ofisi, Gənclər üçün Təhsil Mərkəzi (GTM), Avropa İttifaqı və Azərbaycan hökumətinin birgə reallaşdırdığı layihənin əsas məqsədi regionlarda yuvenal ədliyyə sistemini inkişaf etdirməkdir.

Tədbiri giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Aran Regional Ofisinin rəhbəri, UNİCEF-in məsləhətçisi Yusif Poladov iştirakçıları təşkilatın ölkədə uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsini gücləndirmək, qanunla konfliktdə olan və ya risk altında olan uşaqlara çıxışı təmin etmək və regional QHT-lərin bacarıqlarının artırılması istiqamətində gördüyü işlər barədə məlumatlandırıb. Layihə çərçivəsində həyata keçirilən tədbirlər və strategiya haqqında iştirakçılara ərtaflı məlumat verib, göstərilən bütün xidmətləri onların diqqətinə çatdırıb. 2 il davam edən layihənin icmal hesabatı dinlənilib.

Daha sonra Mərkəzin hüquqşünası Kənan Əbdurəhmanov çıxış edərək, qurumun bugünə qədər göstərdiyi hüquqi xidmətlər barədə geniş məlumat verib. Bildirib ki, Şirvan şəhərində icra olunan layihə çərçivəsində əsas strategiya narkomaniya ilə mübarizəyə həsr olunub.

Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, HM-nın müdafiəsi üzrə komissiyanın məsul katibi Rafail Nəsirov, Şirvan şəhər baş psixiatrı Kamil Mirzəyev, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Şirvan şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşı, polis mayoru Rauf Salayev çıxış edərək layihənin əhəmiyyətini vurğuladılar, həyata keçirilən birgə fəaliyyətlər barədə geniş məruzə ilə çıxış etdilər.

Sonda britaniyalı jurnalist Qabrielle Menezesin hazırladığı Azərbaycanda yuvenal ədliyyə islahatlarından bəhs edən “Həbsdən kənar” adlı sənədli filmi nümayiş etdirildi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR