Azərbaycanlı müğənninin xanımı: "O, mənim ailəmin başçısıdır, amma..."

Azərbaycanlı müğənninin xanımı: "O, mənim ailəmin başçısıdır, amma..."
18:16 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Tanınmış müğənni Elton Hüseynəliyevin həyat yoldaşı Günay İbrahimli ilə birləşdi.

ANS PRESS-in məlumatına görə, ifaçı karyerasında yeni dönəmə qədəm qoymaq niyyətilə yerli şou-biznesdə Toma kimi tanınan prodüserlə işbirliyinə başlayıb.

6 ildir fəaliyyət göstərməyən prodüser Tamilla Hüseynəliyeva hazırda həyat yoldaşı və iki qızının atası olan Elton Hüseynəliyevin keçmiş prodüseridir. Onlar ailə qurana qədər birlikdə işləyiblər. Ailə qurduqdan sonra Elton özü onu işdən uzaqlaşdırıb.

Prodüser uzun fasilədən sonra fəaliyyətinə Günayla start verməsini belə açıqladı: "Bu Günayla mənim ortaq qərarımızdır. Bir ifaçlı kimi onu bəyənirəm. Öz üzərində işləyən qızdır, tənbəl deyil. İşbirliyimizin uğurlu alınacağına inandığım üçün bu işə əl qoydum".

Toma bu gün kifayət qədər yaxşı qazanan həyat yoldaşı Eltonla işləməməyinin də səbəbini açıqladı: "O, mənim ailəmin başçısıdır, amma bizim işbirliyimiz istədiyimiz nəticəni verməz. Çünki bir prodüser olaraq mənim ona göstəriş verməyim, işlə bağlı mübahisələr və müzakirələrimiz ailə münasibətlərimizə xələl gətirə bilər".

O ki qaldı Günayın fikrinə: "Bu iş birliyi məni qane edir. Toma peşəkardır və əminəm ki, yaradıcılığımda onun öz dəsti-xətti olacaq. Hər ikimizə uğurlar".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR