Play Store

Sumqayıtda üç uşağını atıb qaçan qadın! – VİDEO

Sumqayıtın 11-ci mikrorayon ərazisində yaşayan 35 yaşlı Bülbül Əliyeva həyat yoldaşını və üç övladını qoyaraq evi tərk edib.

Qadının həyat yoldaşı Bəhruz Əliyev bildirib ki, hadisə iyun ayının 7-də baş verib.

Həyat yoldaşı evdən həkimə getmək adı ilə çıxıb və bir daha qayıtmayıb. 

Bundan sonra o, uşaqları ilə “whatsapp”da yazışıb və övladlarına yalandan deyib ki, evə gəlir.  

Sonradan məlum olub ki, qadın evdən getməyi axşamdan planlaşdırıb. Evin açarını da oğluna verib. 

Qadının həyat yoldaşı deyir ki, onlar 15 ildir ailə həyatı qurublar və bu günə kimi aralarında heç bir ciddi ailə münaqişəsi baş verməyib. 

Bəhruz Əliyev həyat yoldaşının valideynlərinə də onun evi tərk etməsi ilə bağlı məlumat verib. Hadisə ilə bağlı polis də məlumatlandırılıb.  

Qadın evdən çıxarkən yalnız pasportunu götürüb. Güman edilir ki, o, kiminsə təsiri altında xaricə gedib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR