Play Store

"Başqa cür oynaya bilməzdik" - "Şerif"in baş məşqçisi

“Çox çətin qarşılaşma oldu. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə bunu bacarmadıq”.

Bu sözlər Moldovanın “Şerif” klubunun baş məşqçisio Roberto Bordin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan sonra keçirilən mətbuat konfransında deyib. 

- İkinci hissədə “Qarabağ” bizi qapımıza tərəf sıxmışdı. Dünən də belə bir oyun olacağını demişdim. Azarkeşlərin təzyiqi nəticəsində oyun bizim üçün daha çətin oldu. Ancaq bundan daha yaxşı oynaya bilərdik”.

- Bu oyunla hansı nəticəyə ümid edirsiniz?

- “Qarabağ”ın topla yaxşı oynadığını bilirdik. Buna görə də cinahları bağlamışdıq. Bizim əsas məqsədimiz əks-hücumda oynamaq idi. Səfərdə oynadığımız üçün bundan başqa oyun sərgiləyə bilməzdik. 

- “Qarabağ”ın qapısına dəqiq zərbə vura bilmədiniz... 

- Düşünürəm ki, “Qarabağ”ın qapısında təhlükəli epziodlar yaratmağı bacardıq. Amma ikinci hissədə hücum edə bilmədik və bunu normal qarşılayıram. Çünki rəqib cinahlardan hücumlar etməyə başlamışdı. Buna görə də müdafiə olunmalı idik. 

- Futbolçularınızdan hansı komponentlərdə narazı qaldız? 

- Hücumçumuz irəlidə tək qalmışdı. Digər futbolçular ona kömək etmirdilər. Bunun da səbəbi var idi və mən özüm o səbəbləri yaxşı bilirəm. //Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR