Bakıda 6 otaqlı evdə yanğın - FHN

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Metbuat.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsində yerləşən hamamın yanar konstruksiyaları 6 m2 sahədə və 1 ədəd suqızdırıcı aparat yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR