Eddi İsrafilovun anası: “Uzun müddətdi xaricdə yaşasam da, vətən məni çəkir”

18:17 8 Yanvar 2015
184 İdman
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 18:16 ]


Bakı – APA. “Gəlişimizdən razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı”. Apasport.az xəbər verir ki, bu sözləri İspaniyanın “Qranada” klubunun şərəfini qoruyan Eddi İsrafilovun anası İradə İsrafilova deyib.

 

Oğlunun Azərbaycan yığmasında oynaması məsələsini müzakirə etmək üçün ölkəmizə gələn İsrafilova AFFA-nın rəsmi saytına açıqlamasında qurumun baş katibi Elxan Məmmədovla keçirdikləri görüş barədə danışıb.

 

O, E.İsrafilovun Azərbaycan yığmasının formasını geyinmək üçün səbirsizləndiyini vurğulayıb: “Bu məsələ uzanmışdı. Artıq onu həll etməyin vaxtı idi. Mən azərbaycanlıyam. Uzun müddətdi xaricdə yaşasam da, vətən məni çəkir. Millidə oynamaq həm mənim, həm də Eddi üçün şərəfdir. Növbəti toplanış zamanı onu gözləyin”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR