Ağcaqanad dişləyən yerə bunu sürtün - İlk tibbi yardım

Ağcaqanadlar çoxalmaq üçün başqa canlıların qanına ehtiyac duyur. Ümumilikdə, dərə kənarlarında və bulaq ətrafındakı yerlərdə yaşayan bu canlılar insanları dişlədikləri zaman infeksiya yarada bilir. Bəs, ağcaqanad dişləməsi zamanı ilk tibbi yardım necə olmalıdır? 

Metbuat.az xəbər verir ki, ağcaqanad dişləməsi zamanı duzlu su metodundan istifadə edə bilərsiniz. İlk olaraq, yara olan bölgəni sabunla yuyun və qurulayın. Daha sonra şişkinlik olan bölgəyə buz qoyun. Buz əridikdən sonra qurulayın. Quruyan yerə duz ilə qarışdırılmış suyu pambıqla sürtün. Bir çay qaşığı suya eyni miqdarda duz əlavə edə bilərsiniz.

Xalq arasında ən çox istifadə olunan üsullardan biri limondur. Dişlənmiş yerə bir neçə damcı limon sıxmaq qaşıntı və izi yox edir.

Ağcaqanad dişləyən yerin şişkinliyini almaq üçün istifadə edəcəyiniz digər üsul isə aspirini bir çay qaşığı suda əridərək yaranın üzərinə tətbiq etməkdir. Aspirin şişkinliyi alacaq və qaşınma hissini yox edəcək.

Aysel Yaqubqızı / Metbuat.az

Diş daşını təmizləməyin ev üsulu -Çox sadədir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR