Robert Prosineçki: “Eddi İsrafilovun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm”

18:17 8 Yanvar 2015
150 İdman
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 18:15 ]


Bakı – APA. “Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki güclü bir futbolçu Azərbaycan millisində çıxış edəcək. Ümid edirəm ki, onun yığmaya çox köməyi dəyəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

 

Eddi İsrafilovun Azərbaycan yığmasında oynamağa razı olduğunu sevinclə qarşılayan xorvatiyalı çalışdırıcı bunları əlavə edib: “İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm. Eddi ilə də, ailəsi ilə də şəxsən söhbətim olub. Onun bizim millimizdə oynaması və ispan dilində danışmağım işimizi asanlaşdıracaq. Yəqin ki, aramızda problem olmayacaq və bir-birimizi yaxşı başa düşəcəyik”.

 

Qeyd edək ki, hazırda icarə əsasında İspaniyanın “Qranada” klubunun şərəfini qoruyan E.İsrafilov “Mursiya”ya məxsusdur.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR