Azərbaycan prezidenti Salyan rayonunda yol tikintisinə 3 milyon manat ayırıb

18:17 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 18:15 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 5 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Salyan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR