Daha iki ərazi telefonlaşdırılıb

Maştağa qəsəbəsinin Muşalan yeni yaşayış massivi və Nardaran qəsəbəsinin Ləhiş bağlarında məskunlaşan sakinlərin telekommunikasiya xidmətlərinə olan tələbatı tam ödənilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hər iki ərazi üzrə ümumilikdə tutumu 2728 nömrə olan və 352 portlu genişzolaqlı avadanlıqlar quraşdırılaraq abunəçilərin istifadəsinə verilib.

“Baktelecom” tərəfindən adıçəkilən ərazilərdə tikilən yeni ATS-lərdə şəbəkənin istismarı üçün optik kabellər çəkilib. Müasir texnologiyalar əsasında aparılan kabelləşdirmə işləri fasiləsiz və dayanıqlı rabitə xidmətləri ilə təchizata imkan verir.

Hazırda daha çox insana xidmət göstərmək məqsədi ilə tələbata uyğun olaraq yeni xətt qurğularının tikintisi aparılır.

Yaxın zamanda Sabunçu Telefon Qovşağının xidməti ərazisi üzrə rabitə infrastrukturu olmayan digər yaşayış massivləri də multimedia xidmətləri ilə təmin olunacaq.

Artıq istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir.

“Baktelecom” texniki imkanlılığı məhdud, rabitə infrastrukturu olmayan ərazilərin mərhələli şəkildə kabelləşdirilməsini bundan sonra da davam etdirəcək.

Sabaha olan məzənnə - Mərkəzi Bank - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR