Ölkəmizə 140 pambıqyığan kombayn gətiriləcək

Yaxın günlərdə Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu barədə “John Deere” şirkətinin regional nümayəndəsi Maximilian Pauge nazir Heydər Əsədovla görüşdə deyib.

Görüşdə əsas məqsəd “John Deere” şirkəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirələr aparılıb.

Nazir həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda, pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR