Play Store

İsti havada geyim seçərkən bunlara - DİQQƏT!

Yayı daha rahat keçirmək üçün seçdiyiniz geyimlərə diqqət edin.

Metbuat.az xəbər verir ki, ipək və satən parçalar əvəzinə pambıq ya da kətan geyimlər seçin.

İpək parçalar xüsusilə, tünd rənglilər daha çox tərləməyinizə səbəb olur.

Bədəninizə yapışan dar şalvarlar tərlətməklə yanaşı hərəkətlərinizə də təsir edər. Onun əvəzinə bol şalvarlar geyinin.

Tünd rəngli geyimlər günəş işığını daha çox qəbul edir. Bu səbəblə, isti yay günlərində qara, göy, boz rəngli geyimlərdən uzaq durmalı, açıq rənglərə ağ və pastel tonlara üstünlük verilməlidir.

Tərləməyinizə səbəb olan aksessuarlardan biri dəri çantalardır. İsti havalarda dərinizlə təmas edən çantalardan uzaq durun.

Aysel Yaqubqızı / Metbuat.az

Dırnaq boyasını bu üsulla təmizləyin - Asetona ehtiyac qalmayacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR