Play Store

Azərbaycanda fabrik partladı: Ölü və yaralılar var - YENİLƏNİB

Hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.

Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.

XXX

Lerik rayonunda broyler fabrikində partlayış olub.

Metbuat.az bildirir ki, hadisə Piran kəndi ərazisində qeydə alınıb. 

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub. 

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR