Məşhur kinorejissor Polanski seksual hərəkətlə bağlı iş üzrə dindiriləcək

Məşhur kinorejissor Polanski seksual hərəkətlə bağlı iş üzrə dindiriləcək
18:28 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Məftun Salmanov/

Dünya şöhrətli kinorejissor Roman Polanski azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmək işi üzrə dindiriləcək.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, dindirmə Polşa hüquq-mühafizə orqanları tərəfindən aparılacaq.

Hazırda kinorejissor Krakovda film çəkilişlərindədir. R.Polanskiyə qarşı müvafiq iş 1977-ci ildə ABŞ-da açılıb. 2014-cü ildə ABŞ Polşadan R.Polanskinin ekstradisiya edilməsini istəsə də, mənfi cavab almış və kinorejissora qarşı bütün ittihamlar aradan qaldırılmışdı.

ABŞ kinorejissoru 13 yaşlı qıza qarşı seksual cinayət törətmək faktı üzrə ittiham edir. R.Polanski 1978-ci ildə günahını etiraf etsə də, məhkəmədən gizlənmişdi. Bundan sonra o, ABŞ-ı tərk edərək Avropada məskunlaşıb. Hazırda daimi olaraq Fransada yaşayır və bu ölkənin vətəndaşıdır. 2009-cu ildə kinorejissor İsveçrədə həbs edilsə də, ABŞ-a təhvil verilməyib.

R.Polanskinin 81 yaşı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR