ABŞ-ın yeni səfiri nə vaxt gələcək?

ABŞ-ın yeni səfiri nə vaxt gələcək?
18:32 8 Yanvar 2015
105 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni təyin edilmiş səfiri Robert Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

“Dəqiq tarix məlum olan kimi biz bunu elan edəcəyik”, - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, 2014-cü il iyulun 8-də Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. Ötən il dekabrın 17-də isə ABŞ Senatı Robert Frensis Sekutanın Azərbaycana səfir təyinatını təsdiqləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR