Play Store

WhatsApp-ın bu xüsusiyyətlərini bilirsinizmi?

Qalın, üstü cizgili və italik... 

Mesajlarınızı qalın, üstündən xətt çəkilmiş və ya maili istiqamətdə etmək istəsəniz yazdığınız mətni seçib, vasitə çubuğundakı üç nöqtə simvoluna toxunaraq istədiyiniz formatı tətbiq edə bilərsiniz. 

Emoji seçilməsi 

“WhatsApp”da emoji çoxdur. Bəzən lazım olan anda düzgün emojini tapmaq çətin olur. Artıq istədiyiniz emojini sözlərdən istifadə edərək tapa biləcəksiniz.  

Dəqiq hesablamalar 

Əgər davamlı yazışmalarınızı izləmirsinizsə, işarələrin mavi rəng olduğu vaxtı görməyə bilərsiniz. Artıq göndərdiyiniz mesajı tutaraq çıxan “Məlumat” bildirişinin üzərinə vuraraq işarələrin nə zaman maviyə çevrildiyini görə bilərsiniz. 

Qrup söhbətlərini səssiz edin 

Çox danışan dost qruplarınızdan yorulduğunuzda “Qrup bilgisi”ni açaraq söhbətinizi səkkiz saat, bir həftə və ya bir il ərzində səssizləşdirə bilərsiniz. 

Pulunuz cibinizdə qalsın 

"Ayarlar" lardan "Data istifadə"ni seçərək, "Medianın avtomatik olaraq endirilməsi" parametrlərini dəyişə bilərsiniz. 

Avtomatik yükləmələri saxlayın 

Telefonunuzun fotoşəkil qalereyasında utanc verici şəkillər olmasını istəmirsinizsə “WhatsApp”-ın avtomatik yükləmə xüsusiyyətini bağlaya bilərsiniz. 

Bunun üçün söhbət ayarları bölməsindən "Gələn medianı saxla"-nı bağlayaraq fotoşəkillərin və digər medianın avtomatik yükləmə əməliyyatlarını dayandıra bilərsiniz.

Əhəmiyyətli mesajları işarələyin 

Əhəmiyyətli mesajı tapmaq üçün yüzlərlə mesajı geriyə doğru sürüşdürmək çox uzun çəkə bilər. Amma o mesajı ulduzla işarələmisinizsə, həm sizin işiniz asanlaşar, həm də mesajlaştığınız adamın bundan xəbəri olmaz. Bunu etmək üçün mesajın üstünə basmaq və çıxan ulduz işarəsini seçməlisiniz. Daha sonra söhbətin üzərinə toxunub “Ulduzlu mesajlar” ı seçərək işarələdiyiniz bütün ismarıcları görə bilərsiniz. 

Dizüstü WhatsApp

“WhatsApp”ı kompüterdən açaraq artıq iş yerinizdə istədiyiniz qədər mesajlaşmaq mümkündür. Kompyüterinizdən Web.whatsapp.com ünvanına girdikdən sonra telefonunuzdakı “WhatsApp”ınızdan alacağınız QR kodu ilə sohbətlərinizi kompyüter ekranına daşıya bilərsiniz.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR