Angelina Coli və Bred Pit nə üçün ayrılıb?

Coli: “Bredi unutmaq üçün qabları yudum və uşaqlarıma yatmadan öncə nağıllar oxudum” 

Angelina Coli ABŞ-da moda jurnalına müsahibə verib. O, aktyor Bred Pitlə boşanmasının bilinməyən tərəflərindən danışıb.

Məlumat üçün deyək ki, cütlük sentyabrda yollarını ayırıb. 42 yaşlı aktrisa münasibətlərinin 2016-ci ilin yazında “First They Killed My Father”-in çəkilişlərində zəiflədiyini bildirib:" Həmin vaxt mənim üçün həyatımın ən çətin zamanı idi. Yalnız havadan, sudan danışmaq üçün bir araya gələn insanlar kimiydik”.

Coli və Pitin 6 uşağı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR