Play Store

İstanbula şiddətli dolu düşüb -Təbii fəlakət ciddi ziyan vurub

İyulun 27-də axşam saatlarında Türkiyənin İstanbul şəhərinə şiddətli dolu düşüb. Anadolu Agentliyinin məlumatına görə, güclü küləklə müşayiət olunan dolu şəhərin əsas nəqliyyat arteriyalarında problemlər yaradıb, avtomobillərə ciddi ziyan vurub. Dəniz səfərləri və bəzi aviareyslər təxirə salınıb. Küçələrdə piyadaların hərəkəti çətinləşib, su basmış iş yerlərindən insanlar xilasedicilər tərəfindən təxliyə olunublar. 

Təbii fəlakət İstanbul limanlarından birində yanğına səbəb olub, bəzi tikililərdə dağıntılar baş verib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR