Play Store

QƏRAR: Baş nazir vəzifəsindən kənarlaşdırıldı - Pakistan

Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif vəzifəsindən kənarlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə qərarı Pakistanın Ali Məhkəməsi verib. Baş nazir korrupsiyada ittiham olunur. Ali məhkəmə Nəvaz Şərifə qarşı cinayət işinin açılması üçün qərar çıxarıb.  

Qeyd edək ki, Panama hüquq şirkətlərindən olan “Mossack Fonseca”-nın 2016-cı ilin aprelində nəşr olunmuş sənədlərinə əsasən, Pakistan baş nazirinin iki oğlu və qızının Britaniyanın Vircin adalarında 3 dəniz şirkətinə sahib olduğu ortaya çıxıb. Məhz həmin ilin aprelində Pakistan Ali Məhkəməsi məsələnin araşdırılması istiqamətində komissiya yaratmışdı. Komissiya ötən həftə yekun qərar hazırlayaraq, Ali Məhkəməyə təqdim edib.

Putin nə dedi, Qarabağda müharibə, yoxsa sülh olacaq?-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR