Bu il Apple nə təqdim edə bilər - SİYAHI

Bu il Apple nə təqdim edə bilər - SİYAHI
18:37 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

iPhone 6, iPad Air 2, iPad mini 3 qurğuları, yeni OS X əməliyyat sistemi (ƏS) və iOS 8 platforması sayəsində 2014-cü il Apple şirkəti üçün çox məhsuldar il olub. iPhone smartfonu iki ölçüdə istifadəçilərin ixtiyarına verilib, masaüstü ƏS-nin interfeysini tamamilə yenidən işləyiblər və iMac Retina 5K isə təsvir ölçüsü ilə hər kəsi valeh edib.
 
Bəs 2015-ci ildə Apple şirkəti hansı qurğuları təqdim edə bilər?
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Apple Watch smart saatı tanıdılacaq, bundan başqa, şayiələrə görə, bəzi digər qurğular da istifadəçilərin ixtiyarına veriləcək. 
 
Apple Watch (2015-ci ilin əvvəli) 
 
2014-cü ilin sentyabrında təqdim edilmiş Apple Watch ağıllı saatı alma şirkətinin 2015-ci ildə təqdim edəcəyi birinci daşınan cihazıdır. Saatın dizaynı ilə bağlı mübahisələr gedir, amma həmişə belə olur: hamı deyir ki, Apple Watchın dizaynı uğursuzdur, qurğu çıxarılandan sonra birinci həftə satışların həcmi milyonlarla ölçülür.
Apple Watch smart saatının idman versiyası üçün satış qiyməti 349 dollardan başlanacaq.
 
iPad Pro (2015-ci ilin ortaları və ya sonu)
 
Şayiələrə görə, bu planşetin ölçüsü 12,2-12,9 düym olacaq və biznes auditoriyası üçün nəzərdə tutulub. Planşetin adı hələ ki tam dəqiq deyil və iPad Air Plus adına dəyişdirilə bilər.
 
Deyilənlərə görə, qurğunun qalınlığı 7 mm olacaq, 2 QB əməli yaddaş, Touch ID barmaq izi skaneri və Wi-Fi 802.11ac modulu ilə təchiz olunacaq.
Ənənəyə görə, yeni iPad payızda nümayiş olunur, amma iPad Pro bu ənənəni poza bilər. Son şayiələrə inansaq, sözügedən qurğu 2015-ci ilin yazında və ya yayında nümayiş etdirilə bilər.
 
iPad Air və iPad mini (2015-ci ilin sonu)
 
Apple hər il iPad planşetini yeniləyir, yəni ənənəyə uyğun yeni planşetlər payızda elan ediləcək. 2014-cü ildə iPad mini 2 cüzi dəyişiklikləri ilə yadda qaldı, ona görə biz cari ildə nəzərəçarpan təkmilləşdirmələrə ümid edə bilərik. Şayiələrə görə, yeni iPad mini planşeti A8X prosessoru və nazik korpusla təchiz ediləcək.
 
iPhone (2015-si ilin sonu)
 
İlk iPhone smartfonu 2007-ci ildə nümayiş olunub. O vaxtdan Apple hər il yeni smartfonunu təqdim edir, buna görə 2015-ci ilin payızında iPhone 6S və iPhone 6S Plusu gözləmək lazımdır. Yeni iPhone haqda demək olar heç nə məlum deyil.
 
Retina displeyli MacBook Air 12 (2015-ci ilin ortalarında)
 
Appledan gözlənilən yeniləmələrdən biri Retina displeyli MacBook Air noutbukudur. Hesab edilir ki, yeni noutbukda enerjiyə səmərəli Broadwell prosessoru istifadə ediləcək.
Şayiələrə inansaq, MacBook Air daha nazik olacaq və bir neçə rəngdə satılacaq.
Retina displeyli MacBook Pro (2015-ci ilin ortaları və ya sonu)
2014-cü ildə MacBook Pro noutbukunda yalnız prosessor dəyişikliyi edilib, ona görə 2015-ci ildə dəyişikliklər ediləcəyini təxmin etmək olar.
 
iMac (2015-ci ilin ortaları və ya sonu) 
 
Apple şirkəti 2014-cü ildə yeni 27 düymlük iMac monoblok kompüterini elan edib, 21 düymlük modeldə isə heç bir dəyişiklik edilməyib. Ehtimal ki, yeni ildə hər iki model təkmilləşdiriləcək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/317966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR