Play Store

Lülə kababı evinizdə hazırlayın - RESEPT

Dadından soymayacağınız kabab bişirmək istəyirsiniz?

Metbuat.az ev şəraitində lülə kababın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

Qoyun əti

200 qr baş soğan

100 qr qoyun quyruğu

Duz, istiot

Sumax

Lavaş

Hazırlanmasına gəldikdə, 500 qram qiyməyə 200 qram soğan qatıb qarışdırın. 4-5 saat soyuq yerdə saxlayın. 15-20 dəqiqə əvvəldən qiyməni soyuducudan çıxarıb yaxşıca qarışdırın. Daha sonra şişin üstünə sarıyın. Lüləni sapla da bağlamaq olar. Süfrəyə verilməmiş sap açılır. Od alovlananda onu əvvəlcədən hazırlanmış duzlu su ilə söndürün. Süfrəyə verilərkən lavaşın içərisində üstünə sumax əlavə edərək servis edə bilərsiniz.

Nuş olsun!

"Mimoza" salatının hazırlanma qaydası -RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR