İlin son aylarında DEVALVASİYA GÖZLƏNİLİR? - AÇIQLAMA

İlin ikinci rübündən etibarən dolların məzənnəsində artım olacağı deyilmişdisə, əksinə oldu. Bir neçə aydır stabil vəziyyətdə qalan dollar son bir həftədə cüzi də olsa ucuzlaşmağa başlayıb. Bəs iqtisadçılar bunula bağlı nə deyir? 

Metbuat.az-a açıqlma verən iqtisadçı Vüqar Bayramov bildirir ki, avqust ayının sonlarından dekabr ayına kimi dollara tələbin artması müşahidə olunacaq:

“Son günlərin valyuta bazarında aparılan monitorinqlər göstərir ki, dollara tələb artıb. Dollara tələbin artması gələn ay da müşahidə olunacaq. Mərkəzi Bank üçün ən çətin dövr bu ilin sonu olacaq. Çünki ilin sonu şirkətlər xarici borc öhdəliklərini ödəməlidir. Eyni zamanda, idxal artır, xarici gedənlərin sayında artım olur. Bu da dollara olan tələbin artmasına gətirib çıxarır”.

Dollara tələbin artması məzənnəyə necə təsir göstərəcək?

İqtisadçı bildirdi ki, bu, Mərkəzi Bankın mövqeyindən asılı olacaq:

“Hazırda dollara tələbin artması müşahidə edilir. Mərkəzi Bank dollara olan tələbi ödəməklə, məzənnənin kəskin şəkildə dəyişməsinə imkan vermir. Növbəti dövrdə, dollara tələbin artmasını proqnozlaşdırmaq mümkündür. Çünki məzənnə Mərkəzi Bankın təşkil etdiyi hərracda olan valyuta həcmindən asılıdır. İndiki məqamda Mərkəzi Bank bazara birbaşa təsir imkanına malikdir”.


İlin sonuna yaxın devalvasiya gözlənilirmi?

Vüqar Bayramov əlavə etdi ki, üzən məzənnə dövründə devalvasiya olmur:

“Burada məzənnənin dəyişməsi, milli valyutanın möhkəmlənməsi qeydə alınıb. Yenə də, Mərkəzi Bank daha çox valyutanı bazara çıxarmaqla manatın mövcud məzənnəsini qoruyub saxlaya bilər. Mərkəzi bankın belə bir imkanları var. Ona görə də, Mərkəzi Bankın bazara nə qədər valyuta çıxarması birbaşa məzənnəyə təsir göstərəcək. Ona görə də, öncədən nəyisə proqnozlaşdırmaq düzgün deyil. Amma görünən də bundan ibarətdir ki, Mərkəzi Bank ilin sonunadək mövcud məzənnəni qoruyub saxalamağa çalışır. Bankın bəyanatında da qeyd olunur ki, Mərkəzi Bank ilin sonuna qədər mövcud intervalı qoruyub saxlamaq niyyətindədir”.

Bu günə olan - MƏZƏNNƏ - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR