Merkel: “Rusiyaya qarşı sanksiyalar o vaxt ləğv olunacaq ki, həmin sanksiyaların tətbiqinə əsas verən səbəblər aradan qalxsın”

Merkel: “Rusiyaya qarşı sanksiyalar o vaxt ləğv olunacaq ki, həmin sanksiyaların tətbiqinə əsas verən səbəblər aradan qalxsın”
18:42 8 Yanvar 2015
280 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 18:40 ]

Bakı – APA. “Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar yalnız o vaxt ləğv olunacaq ki, həmin sanksiyaların tətbiqinə əsas verən səbəblər aradan qalxsın”. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın federal kansleri Angela Merkel Berlində Ukraynanın baş naziri Arseni Yatsenyukla keçirdiyi birgə mətbuat konfransında deyib.

A. Merkel bildirib ki, sanksiyalar Minsk razılaşmalarının tam yerinə yetirilməsi halında götürülə bilər. O qeyd edib ki, yanvarın 15-də “Normandiya formatı” (Ukrayna, Rusiya, Fransa, Almaniya) əsasında Astanada keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşün baş tutub-tutmayacağı hələ dəqiqləşməyib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR