Yunanıstan səfirinin fəaliyyəti başa çatdı

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, D.Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Putin ABŞ-lı diplomatları qovur - Gözlənilməz qərar - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR