Göz ətrafı dərinizin sağlamlığı üçün təbii üsul

Yorğun bir dəri üçün kimyəvi maddələr yerinə təbii vasitələr bəzən daha yaxşı nəticə verir. Digər tərəfdən, təbii üsullar kimyəvi maskalardan qat-qat ucuz başa gəlir.   

Qida dəyəri olduqca yüksək olan qatıq suyu dərinin ehtiyaclarını qarşılamaq üçün ən ideal vasitədir. Üstəlik, qatığı hər evdə tapmaq asandır.

Qatıq suyu maskası həm dərinizin yorğunluğunu aradan qaldıracaq, həm də üzünüzə rəng gətirəcək. Və bunları edərkən göz altı ləkələri də tədricən yoxa çıxacaq.

Qatıq suyu maskası etmək çox rahatdır. Bir kasaya suyu süzün və pambıqla onu gözünüzün üzərinə yerləşdirin. Təxminən 10 dəqiqədən sonra ilıq suyun köməkliyi ilə gözlərinizi yuyun. Bu proseduru ən az bir həftə davam etdirin.  



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR