Azərbaycan neftinin son qiyməti -

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 27-də 52,5 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,7 dollar/barel çoxdur.

Bu barədə Metbut.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 27-də 51,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel çoxdur. 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 27-də 49,51 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel çoxdur. 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 27-də 50,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR