Play Store

Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 7 jurnalist həbsdən azad edilib

Türkiyədə məhkəmə “Cumhuriyet” qəzetinin 7 əməkdaşının həbsdən azad edilməsinə dair qərar verib.

Metbuat.az-ın məlumatına görə, onlar PKK terror qruplaşması ilə əlaqədə şübhəli bilinirdi.

Onlar baş redaktor Murat Sabunçu, icraçı direktoru Akın Atalay da daxil olmaqla “Cumhuriyet” qəzetinin 17 əməkdaşı barəsində məhkəmə prosesi bazar ertəsi İstanbulda başlayıb.   

  Onlardan 11 nəfər noyabrda məhkəmənin qərarı ilə həbs edildiyi bildirilir. Hazırda 11 müttəhim həbsdədir, daha 6 nəfər barəsində isə ölkəni tərk etməmək qətimkan tədbiri seçilib. Sabiq baş redaktor Can Dündar da daxil olmaqla nəşrin iki əməkdaşı barəsində axtarış elan edilib.  



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR