Göygöldə istirahət mərkəzində yanğın olub

Göygöl rayonu, Toğanalı kəndində yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Göygöl rayonu, Toğanalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 3000 m2 olan istrahat mərkəzinin mətbəxin yanar konstruksiyaları 150 m2, 2 ədəd "Beko" markalı vitrin və 1 ədəd "Orsk" markalı soyuducu yanıb.

İstrahat mərkəzinin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub.

Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Su quyusuna düşən Masallı sakinindən - XƏBƏR VAR - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR