İnternetdə satılan “zerkalni” mobil nömrələr... - Qanun nə deyir?

Bu gün internetdə istənilən məhsulun satışına rast gəlmək mümkündür. Onlardan biri də şəxsi “zerkalni” mobil nömrələrin satışıdır. Şəxsin öz adına olan nömrələri internetdə satması nə dərəcədə doğrudur?

Bununla bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Xəyal Bəşirov bildirdi ki, qanunvericilikdə istifadə olunmuş mobil nömrənin satılması ilə bağlı heç bir məhdudiyyət yoxdur:

“Operatorla bağlanan müqaviləyə əsasən, nömrə onu alan şəxsin mülkiyyəti hesab edilir. Şəxs onu könüllü şəkildə istənilən birinə sata bilər. Satış işinin reallaşması üçün müqavilənin dəyişməsi gərəkdir. Bunun üçün isə nömrəni satan və alan şəxslər şəxsiyyət vəsiqələri ilə birlikdə operatora yaxınlaşmalıdır. Nəticədə, müqavilədən əvvəlki sahibin adı çıxarılır və yeni şəxsin adı qeyd olunur”.

Telefon danışıqlarınız hansı halda dinlənilə bilər? - DİQQƏT! - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR