Tut yarpağı çayı min dərdin dərmanıdır - Öskürək, artıq çəki...

Xalq təbabətində istifadə olunan tut çayı yarpağı bir çox xəstəliyə dərmandır.

Metbuat.az xəbər verir ki, sadəcə çay olaraq deyil, bu şəfalı yarpağın fərqli istifadə qaydaları var. Tut yarpağı qızdırmanı aşağı salır. Ürək sağlamlığı üçün olduqca önəmlidir.

Bronxit, boğaz xəstəlikləri və quru öskürək kimi xəstəliklərin müalicəsində istifadə edilir. Çayın digər faydası ekzemanın (dəri xəstəliyi) müalicəsində istifadə olunmasıdır. Qaraciyər ilə əlaqədar problemlərin müalicəsində gündə 3 stəkan tut yarpağı içmək tövsiyə edilir. Tut yarpağından hazırlanan çay eyni zamanda diş ağrılarına da faydalıdır. Bunun üçün tut yarpağı çayını qarqara edin.

Çayın hazırlanması:

2 yemək qaşığı qurudulmuş tut yarpağı

1 litr su

Bir litr suyu qaynadın. İçərisinə 2 yemək qaşığı qurudulmuş tut yarpağı qoyun. Təxminən 2 saat dəmlənməyin. Dəmləndikdən sonra çayı süzün. Yeməkdən öncə çaydan için. Səhər yeməyindən əvvəl acqarına bir stəkan içməklə günə daha enerjili başlayacaq, həm də çəki atacaqsınız.

Aysel Yaqubqızı / Metbuat.az

Göbək çuxuruna spirtli pambıq qoyun - Bu, bir möcüzədir! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR