Bu obyektlər CƏRİMƏLƏNƏCƏK! - 800-1000 manat

Məhsul alarkən üzərində qiymətin göstərilməsi alıcların rahat alış-veriş etməsi üçün şərait yaratsa da, bəzi mağazalar buna əməl etmir.

Satıcı istədiyi müştəriyə istədiyi qiyməti deyir, yaxud endirim edir. Belə halda, bir məhsulu eyni yerdən iki fərqli qiymətə almaq mümkün olur. Bu da sonradan məhsulu baha qiymətə alan müştəri ilə satıcı arasında problem yaradır. Bəs, qanun bu məsələ ilə bağlı nə deyir?

Məsələyə münasibət bildirən, hüquqşunas Asif Abdullayev bildirir ki, satılan məhsulun üzərində qiymət göstərilməməsi ilə bağlı cərimə mövcuddur:

“İnzibati Xətalar Məcəlləsinin 445.1.-ci maddəsinə əsasən, satışda olan malların üzərində qiymət kağızlarının olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə mağaza rəhbərliyi 800 manatdan 1000 manatadək cərimə edilir”.

İnternetdə satılan “zerkalni” mobil nömrələr... - Qanun nə deyir? - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR