Qubada 2 qadın yük maşınının altında qaldı - Ağır qəza

Quba rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyulun 28-də saat 20 radələrində Quba rayonunun Digah kəndi ərazisində kənd sakini Rahib Vəliyev idarə etdiyi “KAMaz” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gəlib, həmkəndliləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı vurub.

Qəza zamanı B.Atluxanova hadisə yerində ölüb, S.Tahirova isə xəstəxanaya yerləşdirilib.

Quba RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Dənizdə batan azyaşlı xilas edildi - FHN - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR