Azərbaycanda öz arzusu ilə pensiyaya çıxan diplomatik xidmət əməkdaşlarına veriləcək birdəfəlik haqq müəyyənləşib

18:52 8 Yanvar 2015
169 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 18:44 ]


Bakı - APA. Azərbaycanda diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşları pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, onlara qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq veriləcək və bu məbləğdən vergi tutulmayacaq.

 

APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin “Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla, həmin Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın diplomatik xidmət orqanlarında çalışan əməkdaşlara şamil edilməsinə dair şərh verilməsi ilə bağlı sorğusuna baxaraq belə bir qərar qəbul edib.

 

“Dövlət qulluğu haqqında” qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Konstitusiya Məhkəməsinin qərarına əsasən, “Dövlət qulluğu haqqında” qanununun 33.2-ci maddəsi qulluqkeçmə haqqında xüsusi qanun qəbul edilənədək diplomatik xidmət orqanlarında işləyən diplomatik xidmət əməkdaşlarına şamil edilir.

 

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR