Yayın ən dadlı salatı - RESEPT

Yay süfrələrinin ən gözəl xüsusiyyəti xəfif yeməklər, salatlardır.

Metbuat.az qarğıdalı salatının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

300 qr qarğıdalı (qaynadılmış)

1 ədəd turp

 1 ədəd xiyar

2 yemək qaşığı zeytun yağı

½ ədəd limon suyu

1 çay qaşığı nar turşusu

1 çay qaşığı duz

1 yemək qaşığı xırda doğranmış şüyüd

Hazırlanması:

Nar turşusu, limon suyu, duz və zeytun yağını qabın içərisində yaxşıca qarışdırın. Xiyarların qabığını soyun. Təmizlədiyiniz turp və xiyarları yarım ay şəklində xırda-xırda doğrayın. Şüyüdü də doğrayın. Qaynadılmış qarğıdalı, turp və xiyarları qarışdırın. Hazırladığınız salata sousunu tökün. Son olaraq xırda doğradığınız şüyüdü də əlavə edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Lülə kababı evinizdə hazırlayın - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR