Play Store

Türkiyə Şimali Koreyanın nüvə sınaqlarından narahatdır

Türkiyə Xarici İşlər Nazirliyi Şimali Koreyanın nüvə sınaqlarını qınadığını bəyan edib.

Metbuat.az xəbər verir ki, Nazirlik Şimali Koreyanın 28 iyulda həyata keçirdiyi raket sınağını BMT qərarlarına məhəl qoymamaq kimi qiymətləndirib.

“Şimali Koreyanın bir ay ərzində ikinci nüvə sınağını qətiyyətlə pisləyirik. Şimali Koreya rəhbərliyini BMT qərarlarına məhəl qoymağa və bölgədə sabitliyi poza biləcək əməllərdən uzaq durmağa səsləyirik” deyə Nazirlik açıqlama yayıb.

Pakistanda partlayış - 4 ölü, 5 yaralı var-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR