Heç kimə güzəşt olunmayacaq - UEFA xəbərdarlıq etdi

UEFA maliyyə fair-pleyi ilə bağlı yeniliklər edəcək.

Bu barədə fair-pley komissiyasının direktoru Andrea Traverso məlumat verib. O, şərtləri daha da sərtləşdirmək niyyətində olduqlarını bildirib:

“Daim klublarla danışıqlar aparırıq. Onlar da transfer bazarının detallarını yaxşı bilir. Maliyyə fair-pleyi şərtləri isə sərtləşdiriləcək. Heç kimə güzəşt olunmayacaq. Klublar transfer bazarında azad olacaq. Amma onların fəaliyyəti qaydalar çərçivəsindən kənara çıxmamalıdır”. //Qol.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR