Şimali Koreya liderindən bəyənat: ABŞ-a raket zərbəsi endirə bilərik

Şimali Koreyanın qitələrarası ballistik raketinin sonuncu sınağı uğurlu olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Pxenyan mənbələri məlumat yayıb. Bildirilib ki, sonuncu sınaq ABŞ-a "sərt xəbərdarlıq" mahiyyəti daşıyır. Ölkə lideri Kim Çen In testlər barədə belə deyib:

”Sınaq təsdiqlədi ki, ABŞ-ın istənilən nöqtəsinə raket zərbəsi endirmək mümkündür”.

Qeyd edək ki, Pxenyan qitələrarası ballistik raketin ilk sınağını üç həftə əvvəl keçirib.Yaponiya rəsmilərinə görə, 45 dəqiqə uçuşda olan raket əvvəlki sınaqlara nisbətdən daha çox havada qalıb. 3 min metr yüksəkliyə qalxan raketin Yapon dənizinə düşdüyü deyilir.

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR