Kredit borcunu ödəməmək üçün plastik əməliyyat etdirib görkəmini dəyişdi

Çinli qadın banka 3,7 milyon dollar borcu olduğuna görə qaçıb gizlənmək istəyib.

Metbuat.az xəbər verir ki, Çinin Uxan şəhərində bir qadın kredit ödəməmək üçün üzərində plastik əməliyyat apartdırıb. 

Məhkəmə qərar çıxarıb ki, qadın banka 25 milyon yuan, yəni təqribən 3,7 milyon dollar ödəməlidir. Buna görə də 59 yaşlı qadın aradan çıxmaq üçün plastik əməliyyat etdirib.

Onu saxta sənədlərlə qatara bilet alarkən yaxalayıblar. Qadının öz fotoşəklinə qətiyyən bənzəmədiyini və xeyli cavan göründüyünü görən polislər çox təəccübləniblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR