Pomidorun qiyməti iki dəfə bahalaşdı - Hərəkətə keçdilər-FOTOLAR

Hindistanın Madya Pradeş əyalətində pomidorun qiymətinin sürətlə qalxması oğurluq hadisələrinin sayını artırıb.

Metbuat.az-ın məlumatına görə, müvafiq orqanlar tərəvəz oğurluğunun qarşısını almaq üçün silahlı mühafizəçilər təyin edib. Meyvə-tərəvəz bazarında təyin edilən 6 mühafizəçi pomidorlar yük avtomobillərindən boşaldılarkən kiminsə yaxınlaşmasına imkan vermirlər. 

Qeyd edək ki, bölgədə pomidorun mövsümünün başa çatması və şiddətli yağışların məhsullara ziyan verməsi səbəbiylə qiymətlər qalxıb.

Bir kilo pomidorun qiyməti bir ay əvvəllə müqayisədə iki dəfə artaraq 100 rupiyə (təqribən 2.60 manat) yüksəlib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR