Play Store

Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini tutulub

Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Təvəkkül Məhərrəmov tutulub.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyulun 28-də saat 4.00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini olan qadın E.U-nı döyüb, içərisində 100 manatı, kosmetik əşyaları olan çantansını və mobil telefonunu alıb. 

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məhərrəmov tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR