Uşaqlar dalaşdı, bir ailə qanına qəltan edildi – ZABRAT DƏHŞƏTİNİN TƏFƏRRÜATLARI

Uşaqlar dalaşdı, bir ailə qanına qəltan edildi – ZABRAT DƏHŞƏTİNİN TƏFƏRRÜATLARI
18:54 8 Yanvar 2015
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Zabratda qardaşın bacısının ailə üzvlərini bıçaqladığı dəhşətli hadisənin təfərrüatları məlum olub.
Sabunçu rayonu 15-ci polis bölməsinin sahə müvəkkili Firdovsi Quliyevin Lent.az-a verdiyi məlumata görə, hadisə gəlin-baldız münaqişəsi zəminində baş verib:
 

“Məndə olan məlumata görə, İzzətxanım Novruzovanın uşağı iləYaşar Əzimovun uşağı həyətdə oynayarkən, dalaşırlar. Bu vaxt Yaşar Əzimovun həyat yoldaşı əsəbiləşərək baldızını uşağına tərbiyə verə bilməməkdə suçlayır. İzzətxanım Novruzova da deyir ki, bəs, uşaqdırlar dalaşıb-barışarlar, bunda mənim günahım yoxdur. Sonra tərəflər arasında mübahisə qızışır və hadisəni törədən Yaşar Əzimov və onun yeznəsi Yaşar Novruzov da gəlin və baldız arasında yaranan münaqişəyə müdaxilə edirlər. Nəticədə də heç kimin gözləmədiyi bu qanlı hadisə baş verir”.

 

Sahə müvəkkilinin həmçinin onu da bildirib ki, bacısının ailəsini qanına qəltan edən Yaşar Əzimov sakit həyat tərzi keçirib və ailələr arasında daha öncə hər hansı bir münaqişə yaşanmayıb: "Mən qonşularla da söhbət elədim. Onlar da dedilər ki, sakit ailə olublar. Sadəcə, Y. Əzimovun bacısı ailə qurduqdan bir müddət sonra ailəsi ilə birlikdə ata evinə köçüb. Ola bilsin ki, ailələr arasında soyuqluq elə buna görə başlayıb. Amma Əzimovun özü sakit, təmkinli bir insan kimi tanınıb. “Azərsun”da sürücü işləyib. Bəzi məlumatlar da dolaşır ki, guya içki düşkünü olub, lakin mən burada işlədiyim dövr ərzində onun barəsində hər hansı bir şikayətin şahidi olmamışam”.

Xatırladaq ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. 1969-cu il təvəllüdlü Əzimov Yaşar Şəki oğlu bacısı, 1972-ci il təvəllüdlü Novruzova İzzətxanım Şəki qızını, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Novruzov Yaşar Faiq oğlunu, övladları, 1999-cu il təvəllüdlü Faiqi və 2002-ci ildə anadan olmuş Rəşadı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan ailə üzvləri xəstəxanaya yerləşdirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR