Play Store

Tramp Şimali Koreya liderinə cavab verdi: Düşüncəsiz və təhlükəli addımdır

ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının qitələrarası ballistik raketin sınaqdan keçirməsi ilə bağlı bəyanat verib.

Metbuat.az-ın məlumatına görə, bəyanatda deyilir:

Şimali Koreya tərəfindən növbəti qitələrarası ballistik raketin sınaqdan keçirilməsi-bir aydan da az müddət ərzində ikinci belə test bu rejimin daha bir düşüncəsiz və təhlükəli addımıdır. Birləşmiş Ştatlar bu raket sınağını pisləyir, bu cür sınaqların və həmin silahların guya Şimali Koreyanın təhlükəsizliyini təmin etməsi barədə həmin rejimin müddəalarını rədd edir”.

Prezident qeyd edib ki, əslində, belə sınaqların əks təsiri var. Belə sınaqlar və silahlar dünyanı təhdid edir, Şimali Koreyanı daha da təcrid edərək, iqtisadiyyatını zəiflətməyə davam edir.

Prezident Donald Tramp vurğulayıb:

“Birləşmiş Ştatlar Amerikanın təhlükəsizliyini təmin etmək və regiondakı müttəfiqlərimizi müdafiə etmək üçün bütün gərəkli addımları atacaq”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR