Ukraynaya məxsus təyyarə qəzaya uğradı -

 Afrikada ada dövləti olan San-Tome və Prinsipidə Ukraynanın yük təyyarəsi qəzaya uğrayıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Ukraynanın infrastruktur nazirinin müavini Yuri Lavrenyuk məlumat verib.

Onun sözlərinə görə, Ukraynanın “CAVOK Air” aviaşirkətinə məxsus An-74 yük təyyarəsi quşun mühərrikə çırpılması nəticəsində qəzaya uğrayıb. Bütün ekipaj xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR