Türkiyə vətəndaşlarını Liviyanı tərk etməyə çağırdı

Türkiyə vətəndaşlarını Liviyanı tərk etməyə çağırdı
18:58 8 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Məftun Salmanov/

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Liviyanı tez bir zamanda tərk etmələri barədə xəbərdarlıq edib.

Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb kimi Liviyada son vaxtlar baş verən toqquşmalar və hava hücumları göstərilir.

Nazirlik Liviyada yaranmış qeyri-sabit vəziyyəti nəzərə alaraq Türkiyə vətəndaşlarına Liviyanı tərk etməyi və məcburiyyət yaranmadığı təqdirdə bu ölkəyə səyahətdən çəkinməyi tövsiyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2351167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR