Berlində bir nəfər ağacın altından tapdığı kiçik sərvəti polisə təqdim edib.
Metbuat.az-ın məlumatına görə, çantanın içindəki qızıl külçələr və nəğd pulun ümumi dəyəri 40000 dollar olub.
Daha sonra polis çantanın sahibini tapıb. O, velosipedini bağlayarkən yerə qoyduğu çantasını "tamamilə unudub".