Cadu edilən timsah cəsədi geri qaytardı -

İndoneziyada "cadu" edildikdən sonra timsah ölən kişinin cəsədini geri qaytarıb.

Metbuat.az-ın məlumatına görə, həmin hadisəni əks etdirən vidogörüntülər milyonlarla internet istifadəçi tərəfindən paylaşılıb. Bildirilir ki, Syarifuddin adlı 41 yaşlı kişi, Berau kəndi yaxınlığındakı çayda çimərkən uzunluğu iki metr olan bir timsah onu qaparaq aparıb.

Axtarışlara baxmayaraq, Syarifuddini tapmaq mümkün olmayıb. Ardınca kəndlilər yardım üçün "timsah ovsunçusuna" müraciət edib.

Ovsunçu özünün cadu mərasimini yerinə yetirəndən sonra ağzında həmin kişinin cəsədi olan imsah peyda olub və cəsədi sahildə ağzından buraxıb.

Timsahın kişini öldürən həmin yırtıcı olub-olmadığı naməlum qalır. 




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR