Nərimanov rayonunda yanğın olub

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, içərisinə yığılmış istifadəsiz ev əşyaları, və tikiliyə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan dəmir qarajın içərisinə yığılmış əşyalar 5 m2 sahədə yanıb. 

Qaraj yanğından mühafizə olunub. 

Yanğın saat 19:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR