APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
Fransada ötən gün törədilən terror aktını pisləyən baş nazir qeyd edib ki, Türkiyə Fransa ilə həmrəyliyini bir daha vurğulayır: “Bu terror hücumları bir ölkəyə deyil, bütün bəşəriyyətə qarşı olan hücumlardır. Bir daha xüsusilə vurğulamaq istəyirəm ki, bu terror hücumları heç bir halda sülh dini olan İslamla əlaqələndirilə bilməz. Heç bir bəhanə bu terror aktlarına bəraət qazandırmaz”.
Baş nazir vurğulayıb ki, Türkiyə həmişə bu tip əməllərə qarşı olub, bundan sonra da mövqeyində qalacaq: “Ümid edirəm ki, bəşəriyyətə qarşı edilən bu cinayətlər səbəb göstərilib, hər hansı gərginliyə, çaxnaşmaya təhriklərə yol verilməz”.